"Həmişə qayıdırıq, “Real” həmişə qayıdır"

“Real”ın baş məşqçisi Alvaro Arbeloa İspaniya La Liqasının 36-cı tur çərçivəsində “Santyaqo Bernabeu”da, yarış cədvəlinin aşkar “qapazaltı”sı “Ovyedo”ya qarşı oyundan gözləntisini açıqlayıb.


Presssport.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:


“Həmişə deyirəm ki, “Real”, komanda və azarkeşlərin vəhdətində ikən güclüdür. Bütün tarix boyunca belə olub, biz ailəyik. Həmişə qayıdırıq, “Real” həmişə qayıdır.


Tələblər çox yüksəkdir, biz heç vaxt məmnun qalmırıq. Məğlubiyyət, başqalarından fərqli olaraq, bizim üçün daha ağrılıdır. Azarkeşlərimizin dəstəyi lə yenidən qalib gəlməyə başlayacağıq”, deyə Arbeloa vurğulayıb.


Xatırldaq ki, “Real” – “Ovyedo” oyunu bu gün, mayın 14-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:30-da başladacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC