Premyer Liqanın XXXII turunda "Qəbələ" "Karvan-Yevlax"ı məğlub edib

Misli Premyer Liqasının XXXII turunda "Qəbələ" - "Karvan-Yevlax"ı məğlub edib.

 

Presssport.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Meydan sahiblərindən 54-cü dəqiqədə Olavale Doyeni fərqlənib. "Qəbələ"nin heyətində isə İbrahim Sanqare (56) və Domi Massumo (67) rəqib qapısına yol tapıb.

 

Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.

 

Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC