Futzal üzrə Yüksək Liqada çempionluq matçına hakim təyinatları açıqlanıb

Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.

 

Azərbaycan Futzal Federasiyasından Presssport.az-a verilən məlumata görə, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.

 

"Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FIFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.

 

Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.

 

Xatırladaq ki, oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. "Neftçi" hazırda 52 xalla liderdir. İkinci sıradakı "Araz-Naxçıvan"ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC