“Real”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe siyasətə dair fikir yürüdüb və xoşagəlməz cavab alıb.
Presssport.az xəbər verir ki, Mbappe Fransada “sağçılar”ın hakimiyyətə gələ biləcəyindən ehtiyatlandığını dilə gətirib və bunun Fransa üçün məhvedici ola biləcəyini vurğulayıb:
“Düzünü desəm, belə adamların hakimiyyətə gəlişi ilə ölkəyə nə olacağı məni çox qayğılandırır”, deyə Mbappe bildirib.
Fransız milliyyətçiliyini və sağçı populizmi təbliğ edən “Milli birlik” siyasi partiyasının lideri, fransız siyasətçi Marin Le Pen fransalı ulduza cavabı ilə diqqət çəkib:
“Bu, gülməlidir. Mbappe PSJ-dən, Çempionlar Liqasını qazanmaq istədiyini deməklə gedib – amma qəniməti məhz PSJ qazandı, “Real” deyil. O, düzgün seçim etmir və qoy adamlara, nə etməli olduqlarını tövsiyə etməsin. Adamalar, onun göstərişləri olmadan seçim etmək üçün kifayət qədər azaddırlar”, deyə xanım Le Pen vurğulayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC