“Real”ın ulduzu fitə basıldı

“Real”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 36-cı tur çərçivəsində “Santyaqo Bernabeu”da, yarış cədvəlinin aşkar “qapazaltı”sı “Ovyedo”ya qarşı oyunda (2:0) fitə basılıb.


Presssport.az xəbər verir ki, Mbappe oyuna ehtiyat oyunçular skamyasında başlayıb, 69-cu dəqiqədə meydana buraxıldıqda isə adının elan edildiyi zaman “Real”ın aarkeşləri tərəfindən sürəkli fitə basılıb.


Vurğulanır ki, azarkeşlər Mbappenin davranışından, daima qalmaqallı hadisələrə düşməsindən xeyli narazıdırlar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC