“Alvaro Arbeloa mənə dedi ki… dördüncü hücumçuyam”

Real”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Alvaro Arbeloa tərəfindən üzləşdiyi münasibəti ictimailəşdirib.


Presssport.az xəbər verir ki, Mbeppe, İspaniya La Liqasının 36-cı tur çərçivəsində “Santyaqo Bernabeu”da, yarış cədvəlinin aşkar “qapazaltı”sı “Ovyedo”ya qarşı oyun ərəfəsində Arbelonanın ona, dördüncü hücumçu olduğunu dediyini bildirib:


“Oyuna başlanğıc heyətində çıxmağa hazır idim, amma Arbeloa mənə dedi ki, mən komandanın ancaq dördüncü hücumçusuyam, “Vini”dən (Vinisius Junior), Qonsalodan (Qonsalo Qarsiya) və Mastantuaonodan (Franko Mastantuaono) sonra. Məşqçi ilə fəsadlarım yoxdur, onun qərarlarına hörmət bəsləyirəm”, deyə Mbappe vurğulayıb.


Xatırladaq ki, zədədən qayıtmış Mbappe oyunun 69-cu dəqiqəsində əvəzetmədən meydana daxil olub, “qaymaqlılar”ın qələbəsinə ikinci qolun vurulmasında məhsuldar ötürmə ilə töhfəsini verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC