“Real”ın baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Alvaro Arbeloa “Real”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappenin iddiasını cavablayıb.
Presssport.az xatırladır ki, daha əvvəl Mbappe, İspaniya La Liqasının 36-cı tur çərçivəsində “Santyaqo Bernabeu”da, yarış cədvəlinin aşkar “qapazaltı”sı “Ovyedo”ya qarşı oyun ərəfəsində Arbelonanın ona, dördüncü hücumçu olduğunu dediyini bildirib.
“Mbappeyə belə bir sözü heç vaxt deməmişəm. Onun, nəyi nəzərdə tutduğunu da bilmirəm, axı ixtiyarımda heç dörd hücumçu da yoxdur. Görünür, o, məni düzgün başa düşməyib.
Dörd gün əvvəl Kilianın adı heç iştirak ərizəsinda yox idi. Düşünürəm, onun bu gün başlanğıc heyətinə düşmədiyi də tamamilə məntiqlidir”, deyə Arbeloa vurğulayıb.
Xatırladaq ki, zədədən qayıtmış Mbappe oyunun 69-cu dəqiqəsində əvəzetmədən meydana daxil olub, “qaymaqlılar”ın qələbəsinə ikinci qolun vurulmasında məhsuldar ötürmə ilə töhfəsini verib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC