“Real” azarkeşlərindən bir dəstə, İspaniya La Liqasının 36-cı tur çərçivəsində “Santyaqo Bernabeu”da, yarış cədvəlinin aşkar “qapazaltı”sı “Ovyedo”ya qarşı oyunda (2:0), Madrid klubunun prezidenti Florentino Peresin istefası tələb edən – “Peres, çıx-get” çağırışı əks edilmiş lövhə ucaltmağa çalışıblar.
Presssport.az xəbər verir ki, stadionun təhlükəsizlik xidmətinin işçiləri həmin lövhənin dərhal yığışdırılmasını tələb edərək, buna müvəffəq olublar.
Florentino Peresiin isə həmin azarkeşlərlə ağızlaşdığı haqda məlumat yaylıb.
Vurğulanır ki, məsələ heç də ilk baxışdan göründüyü kimi deyil, yəni “qaymaqlılar”ın həmin azarkeşlərinə zor tətbiq edilməyib. Stadionun təhlükəsizlik xidməti bildirib ki, müvafiq lövhələrin ucaldılması üçün xüsusi icazə – lisenziya gərəkdir, həmçinin bu lövhələr yanğınadavamlı maddədən hazırlanmış olmalıdır, bu tələblərə isə riayət edilməyib.
Belə bir təxmin var ki, Peresə qarşı müvafiq münasibət, “Real”ın məşhur prezidentinə qarşı yönəlmiş xüsusi tədbir, həmin çağırışı səsləndirməyə çalışmış dəstə isə Peresi yıxmağa çalışan məyyən qüvvələrin “Real”ın azarkeşləri adı altında stadiona soxulmuş üzvləridir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC