Məlum olduğu kimi, İspaniya nəhəngi “Real” cari mövsümü qənimətsiz başa vuracaq.
Presssport.az xəbər verir ki, müvafiq mənzərədə, “qaymaqlılar”ın 27 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe cari mövsümdə bircə səhvi olduğunu bəyan edib və həmçinin fəsadını açıqlayıb:
“Klubu icazəsiz tərk etdiyimi iddia edirlər. Klubdan icazəm olub, eləcə də, həmin günlərdə İspaniyadan yalnız mən getməmişəm. Yeganə səhvim isə başqa bir xüsusa dayanır – ona ki, cari mövsümdə komanda ilə bircə qənimət belə, qazanmamışam. Yerdə qalanlar isə sizlərin fikirləri və əsassız gümanlarıdır.
Məsələ burasındadır ki, bu mövsümdə nəsə əskiyim idi. Dizimlə bağlı fəsadım mənə rahatlıq vermirdi. “Real”da qoyulmuş səhv diaqnoz? Xeyr, “Real” müvafiq səvlərə heç vaxt yol vermir. Dünyanın ən yaxşı klubunda oynayıram”, deyə Mbappe vurğulayıb.
Kilian Mbappenin cari mövsümdə “Kral klubu”na xidməti 42 oyun, 41 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC