Məlum olduğu kimi, Frankfurt “Ayntraxt”ının rəhbərliyi komandanın uğursuz nəticələrini əsas gətirərək, 44 yaşlı ispan mütəxəssis Albert Rieranı “qartallar”ın baş məşqçisi vəzifəsindən istefaya göndərib və həmçinin onun məşqçi qərargahını buraxıb.
Presssport.az xəbər verir ki, “Ayntraxt”ın azarkeşləri isə Rieraya “təşəkkür”lərini xüsusi ifadə ediblər.
Belə ki, “qartallar”ın azarkeşləri məsələyə yaradıcı yanaşıblar. Bir dəstə “Ayntraxt” azarkeşi Almaniya Bundesliqasının cari mövsümünün sonuncu, 34-cü turunun “Valdştadion”da keçirilmiş oyununda (2:2) tribunalarda, üzərində “heç nə etmədiyin sənə üçün təşəkkür edirik” yazılı lövhə ucaldıblar.
Xatırladaq ki, “qartallar” Almaniya Bundesliqasını 8-ci pillədə başa vuraraq, avrokubokların növbəti mövsümündə iştirakdan kənarda qalıblar.
Xatırldaq ki, Albert Riera “Ayntraxt”ın sükanı arxasına cari ilin yanvar ayında gətirilmişdi. İspan mütəxəssis Frankfurt klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalamışdı
Albert Rieranın “qartallar”ın sükanı arxasındakı fəaliyyəti 14 oyun, 4 qələbə, 5 heç-heçə, 5 məğlubiyyətdən ibarətdir, topların fərqi isə 21:20 nisbətindədir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC