“Yuventus” rəhbərliyi iki oyunçusuna intizam cəzası kəsib.
Presssport.az xəbər verir ki, söhbət, 26 yaşlı serb mərkəz hücuçusu Duşan Vlahoviç və “byankoneri”nin kapitanı, 28 yaşlı italyan dayaq yarımmüdafiəçisi Manuel Locatellidən gedir.
Hər iki futbolçu məbləği ictimaiyyətə açıqlanmamış pul cəriməsi ödəməyə mükəlləf edilib.
Vurğulanır ki, “Qoca Sinyora” müvafiq intizam tədbirini xüsusi olaraq tətbiq edib. Belə ki, bu iki “qəhrəman” İtaliya A Seriyasının 37-ci turu çərçivəsində Turində “Fiorentina”ya qarşı oyunda 0:2 hesablı gözlənilməz məğlubiyyət mənzərəsində bir-biri ilə ağızlaşmağa da macal tapıblar. Müvafiq cəzanın digər oyunçulara ibrət misalı olduğu bildirilir – belə ki, komanda yoldaşlarına hörmət möhkəm kollektivin ilk şərtidir.
Əlavə edək ki, 37 oyundan 68 xalla “Yuventus” A Seriyasının yarış cədəvlinin 6-cı pilləsində qərarlaşıb. “Qoca Sinyora”nın, Çempionlar Liqasının növbəti mövsümündə iştirak imkanı daha öz əlində deyil.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC