Məlum olduğu kimi, “Bornmut” İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Mançester Siti”yə qarşı “Din Kort”da keçirilmiş ev oyununda 1:1 hesablı heç-heçə oynayıb.
Presssport.az xəbər verir ki, müvafiq nəticə, “albalılar”ın, 127 illik tarixində ilk dəfə olaraq avrokuboklara vəsiqə qazanmasına kifayət edib.
“Bornmut” İngiltərəni Avropa Liqasının 2026/2027-ci illər mövsümündə təmsil edəcək. Bu, çox böyük ehtimalla həllini tapmış məsələdir. “Bornmut” nəzəri nəzəri cəhətdən, Çempionlar Liqasına da düşə bilər, amma bunun üçün gerçəkdə hadisələrin inanılmazcasına cərəyanı etməsi gərəkdir – bu halda “Liverpul” Çempionlar Liqasından kənarda qalmalı olacaq.
Xatırladaq ki, 1899-cu ildə təsis edilmiş (“Boskom” adı altında) “Bornmut” İngiltərə Premyer Liqasında 2015-ci ildə debüt edib.
37 oyundan 56 xalla “Bornmut” Premyer Liqanın yarış cədvəlində 6-cı pillədə qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC