"Kolambus Kryu" Nəriman Axundzadənin köməyi ilə yarımfinala yüksəlib

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.

 

Presssport.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.

 

O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.

 

Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.

 

Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC