Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.
Presssport.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.
Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.
Azərbaycan Kuboku
Final
21 may
16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı
İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.
Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC