Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib.
Bu barədə Presssport.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün sonunda isə Nigeriya və Uruqvay milli komandaları qarşılaşıb, Uruqvay millisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Polşa və Uruqvay milli komandaları turnirdə ilk qələbələrini qazanıb.
Qeyd edək ki, Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan millisi 4:2 hesabı ilə Özbəkistanı məğlub edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC