Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb.
Presssport.az-ın məlumatına görə, Messi görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənib.
Bununla da argentinalı ulduzun mundiallarda vurduğu qolların sayı 16-ya yüksəlib.
Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə "Qızıl top" mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC