Kurtua milli komandadan gedir

"Real"ın və Belçika yığmasının qapıçısı Tibo Kurtua DÇ-2026-dan sonra milli komandadakı karyerasını başa vura biləcəyini təsdiqləyib.

 

Presssport.az xəbər verir ki, 34 yaşlı qolkiper millidən getmək ehtinalının yüksək olduğunu bildirib:

 

​"Getmək ehtimalım qalmaqdan daha yüksəkdir. Biz çox xoşbəxt anlar yaşamışıq. Lakin sırf fiziki səbəblərdən bu şəkildə davam edə biləcəyimi düşünmürəm".

 

​Kurtua 2011-ci ildən Belçika millisində çıxış edir. Qolkiper bu müddət ərzində 114 oyun keçirib və onlardan 57-də qapısını toxunulmaz saxlaya bilib.

 

Qeyd edək ki, Belçika seçməsi DÇ-2026-nın 1/4 final məörhələsində İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC