"Arsenal" və "Tottenhem"in transfer mübarizəsi

"Leyptsiq"in yarımmüdafiəçisi Antonio Nusa karyerasını İngiltərədə davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" norveçli futbolçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə "Teamtalk" məlumat yayıb.

 

Futbolçu 4 oyun keçirib 1 qol vurduğu və matçlardan birində ən yaxşı oyunçu seçildiyi dünya çempionatındakı çıxışı ilə İngiltərə klublarının diqqətini çəkib. "Leyptsiq" cinah oyunçusunu 50-60 milyon avro dəyərində qiymətləndirir.

 

​Antonio Nusa 2024-cü ildə 21 milyon avro qarşılığında "Brügge"dən "Leyptsiq"ə keçib. Onun müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Futbolçu 2025/26 mövsümündə Almaniya klubu ilə bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC