"Barselona" Almaniya millisinin üzvü ilə anlaşdı

"Borussiya"nın oyunçusu Kərim Adeyemi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Barselona" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

La Liqanın çempionu 24 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, "Borussiya" Kərim Adeyemini 2022-ci ilin yayında "Zaltsburq"dan 30 milyon avroya transfer edib. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC