Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib

DÇ-2026-nın 1/4 finalının İspaniya - Belçika matçı (2:1) Tibo Kurtua üçün əlamətdar olub.

 

Presssport.az xəbər verir ki, 34 yaşlı belçikalı qapıçı mundiallarda 21-ci oyununu keçirib.

 

Beləliklə, Kurtua qapıçılar arasında dünya çempionatlarında matçların sayına görə fransalı Uqo Lyorisi (20 oyun ) geridə qoyaraq ikinci yerə çıxıb. Bu göstəricidə lider Almaniya yığmasının qolkiperi Manuel Noyerdir (23 oyun).

 

Qeyd edək ki, Tibo Kurtua İspaniya ilə qarşılaşmanın 71-ci dəqiqəsində, hesab 1:1 olarkən zədə səbəbindən əvəzlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC