Fransa millisinə şad xəbər

Fransa millisinin futbolçuları Kilian Mbappe və Aurelyen Çuameni DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçiriləcək oyunda komandalarına kömək edə biləcəklər.

 

Presssport.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

 

Mənbənin yazdığına görə, hər iki futbolçunun zədəsi ciddi deyil və onlar yarımfinal görüşünədək tam bərpa olunacaqlar.

 

Mbappe 1/4 finalda Mərakeşlə matçda (2:0) zədələnərək 77-ci dəqiqədə əvəzlənmişdi.

 

Çuameni isə 1/8 finalda Paraqvayla görüşdən (1:0) əvvəl budun daxili əzələsindən zədə aldığı üçün pley-offun son iki oyununu buraxmışdı.

 

Qeyd edək ki, Fransa - İspaniya yarımfinal görüşü iyulun 14-də keçiriləcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC