"Atletiko" Morten Yulmannı transfer edib

Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Yulmann "Atletiko"ya (İspaniya) keçib.

 

Presssport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

 

Danimarka yığmasının 27 yaşlı üzvü ilə 2031-ci ilin iyununa kimi müqavilə bağlanıb.

 

Bu keçidin 40 milyon avroya başa gəldiyi bildirilir.

 

Morten Yulmann 2023-cü ildən "Sportinq"də oynayırdı. O, Lissabon klubunda 141 matç keçirib, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC