Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında keçiriləcək Fransa - İspaniya matçı barədə fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, o, hər iki komandanı turnirin əsas favoritləri adlandırıb.
"Əlbəttə, Fransa - İspaniya matçı bir növ erkən finaldır. Hər iki komanda turnirin əsas favoritləridir", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, İspaniya 1/4 finalda Belçikanı 2:1, Fransa isə Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Argentina millisi isə bu gecə DÇ-2026-nın 1/4 finalında İsveçrə ilə üz-üzə gələcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC