Fərid Qayıbov 27-ci görüşünü Xankəndidə keçirib

İyulun 17-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 27-ci görüşünü Xankəndi şəhərində keçirib.

Presssport.az AGİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Qarabağ Universitetinin akt zalında təşkil olunan tədbirdə nazir iştirakçıları salamlayaraq son dövrdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşdə Məktəblilərin Respublika İdman Olimpiadası, “Çempionların axtarışındayıq – sən də qoşul!” layihəsi, döyüş idman növləri üzrə ölkə daxilində birgə yarışların təşkili, federasiyaların akkreditasiya qaydaları və fəxri adların meyarları ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, ölkə yarışlarında iştirak edən şəxslərin Mərkəzləşdirilmiş Reyestr Sistemində qeydiyyatı ilə bağlı məlumat təqdim edilib və iştirakçıları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC