"Neftçi" yeni tərəfdaşla müqavilə imzalayıb

“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində klubun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq. 

Eyni zamanda, şirkətin loqosu komandanın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcək.

“Aerowingo” beynəlxalq aviabiletlərin, otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması üzrə fəaliyyət göstərən onlayn səyahət platformasıdır. Platforma fərdi istifadəçilərə, korporativ müştərilərə və turizm agentliklərinə geniş səyahət həlləri təqdim edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC