Azərbaycanlı funksioner Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib. Pressport.az xəbər verir ki yekun nəticəyə əsasən təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili növbəti 4 il müddətinə qurumun prezidenti vəzifəsini icra edəcək.

Vitse-prezident vəzifəsinə isə Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov seçilib. Ümumilikdə Avropa Şahmat İttifaqında üç vitse-prezident çalışacaq.

Xatırladaq ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC