Su İdman Növləri Federasiyası ilə Windsurfing Bakunun təşkilatçılığı ilə Bakı SUP Fest keçirilib

Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və Windsurfing Bakunun təşkilatçılığı ilə 19 iyul 2026-cı il tarixində Şıxov çimərliyində yerləşən Ramada by Wyndham Baku hotelinin ərazisində keçirilən Baku SUP Fest uğurla yekunlaşıb. 

Presssport.az ASİNF-in mətbuat xidmətinə istinadən xəbər verir ki,

yay mövsümünün ən rəngarəng su idmanı tədbirlərindən biri olan festival iştirakçılar üçün həm idman, həm də əyləncəli anlarla yadda qalıb.  

Proqram çərçivəsində SUP (Stand Up Paddle) yarışları , canlı DJ çıxışı, foto zonaları və müxtəlif əyləncələr təşkil olunub.

Festivalda həvəskar və peşəkar iştirakçılar SUP yarışlarında öz bacarıqlarını nümayiş etdiriblər.  Qaliblərə qiymətli hədiyyələr  təqdim edilib.

Su idman növlərinin təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi ilə keçirilən bu cür tədbirlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC