Musayeva APOEL-i keçəcəklərinə inanır: "Qarşıya qoyduğumuz əsas məqsəd Avropa kubokunda ölkəmizi layiqincə təmsil etmək və ilk mərhələni uğurla keçməkdi"

Qadınlardan ibarət “Kür” həndbol klubu Azərbaycanı avrokuboklarda təmsil edəcək. Bölgə təmsilçmiz artıq rəqibi də öyrənib. Belə ki, püşkatmanın nəticəsinə əsasən “Kür” Kiprin APOEL klubuyla qarşılacaq.

Təmsilçimizin və millimizin aparıcı üzvü Səkinə Musayevə püşkün nəticəsini Presssport.az-a şərh edib. O, qarşıdakı dövrdə iki həftəlik təlim-məşq toplanışında iştirak edəcəklərini diqqətimizə çatdırıb: “Bu hazırlıq mərhələsinin ardından həndbol üzrə planlı məşqlərimizə tam şəkildə start veriləcək. Bu il püşkatmada qarşımıza çıxan komanda bizə tanış və gücümüzün çatdığı rəqibdi. Rəqibə hörmətlə yanaşsaq da, inanırıq ki, düzgün hazırlıq və komanda oyunu ilə uğurlu nəticə qazanmaq üçün hər cür imkanımız var. Qarşıya qoyduğumuz əsas məqsəd Avropa Kubokunda ölkəmizi layiqincə təmsil etmək və ilk mərhələni uğurla keçməkdi. Bunun üçün məşqçi heyəti və idmançılar böyük məsuliyyətlə çalışacaq. Meydanda son fit səslənənə qədər mübarizə aparacaq, əlimizdən gələni edəcəyik. İnanırıq ki, əzmimiz, nizam-intizamımız və komanda ruhumuz sayəsində azarkeşlərimizi sevindirəcək nəticələr əldə edəcəyik”.

Məlumdu ki, ölkə həndbolunda vəziyyət heç də ürəkaçan deyil. Və məhz həmsöhbətimiz bununla bağlı çəkinmədən sosial şəbəkə hesablarından çağırış edib. Maraqlıdı, ölkə həndbolundakı maddi çətinlik fonunda Musayevanın klubunda bu baxımdan vəziyyət, şərait necədi?: “Hər şey qaydasındadı. Heç bir maddi çətinlik yoxdu. Klub tərəfindən lazım olan bütün işlər görülüb. İnventar, yeni müqavilələr, formalar və digər zəruri məsələlər tam təmin edilib. Mövsümə tam hazırıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC