Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" komandasında debüt oyununda qol vurub.
Presssport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasında Malta təmsilçisi "Valletta"ya qarşı keçirdikləri ilk matçda fərqlənib.
Forvard 53-cü dəqiqədə adını tabloya yazdırıb.
Oyun "Rakuv"un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Polşa klubunun digər qollarını Patrik Makuç (78) və Stratos Svarnas (90) vurub. Mahir Emreli matçın 82-ci dəqiqəsində əvəzlənib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC