“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.

Klubdan Presssport.az-a verilən məlumata görə, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb. 

Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə "NEFTÇİ" İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi — "1937" rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC