Qazaxda velosiped üzrə Federasiya Kuboku yarışları keçirilib

Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizin "İdman Paytaxtı" Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib.

Presssport.az xəbər verir ki, Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb.

Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən artıq oğlan və qız idmançısı 5 km məsafəyə qrup ötüşməsi üzrə mübarizə aparıb.

Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil edilib. 6 kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunub.

Region idmançıları

Qızlar (2013-2015)

1. Fatimə Qurbanova (Ağdaş UGİŞM)

2. Mənsurə Hüseynli (Ağdaş UGİŞM)

3. Leyla Seyidzadə (Ağdaş UGİŞM)

Oğlanlar (2012-2014)

1. Kamran Abdullayev (Ağdaş UGİŞM)

2. Elvin Məmmədov (Gədəbəy UGİŞM)

3. Fuad Həsənov (Ağstafa UGİŞM)

Oğlanlar (2008-2011)

1. Əli Əlizadə (İsmayıllı UGİŞM)

2. Nəsimi Məmmədli (İsmayıllı UGİŞM)

3. Samir Kərimov (Ağdaş UGİŞM)

Qazax idmançıları

Qızlar (2010-2014)

1. Xədicə Əliyeva

2. Çiçək Quliyeva

3. Zəhra Nağıyeva

Oğlanlar (2014-2017)

1. Nicat Əfəndiyev

2. Ceyhun Əsgərov

3. Uğur Abdullayev

Oğlanlar (2010-2013)

1. Talıb Əliyev

2. Elxan Daşdəmirov

3. Rövşən Yarəhmədov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC