Kanoeçimiz Avropa çempionatının gümüş medalçısı olub

23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Presssport.az xəbər verir ki, milli komandamızın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, Smilovenkonun milli komandamız adından qitə çempionatında qazandığı 2-ci medaldı. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC