"Qarabağ"dan azarkeşlərinə şad xəbər!

"Qarabağ" Futbol Klubu (FK) azarkeşləri üçün növbəti xoş sürprizə hazırlaşır.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yeni rəsmi Fan Shop mağazası paytaxtın ən məşhur ticarət mərkəzlərindən biri olan 28 Mall-da fəaliyyətə başlayacaq.

Müasir konsepsiyada yaradılan yeni mağazada "Qarabağ" FK-nın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq. Yeni Fan Shop azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.

Fan Shop-un açılışının avqust ayının ortalarında baş tutması gözlənilir. Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə "Qarabağ" FK-nın rəsmi informasiya resurslarında açıqlanacaq.

Yeni Fan Shop-un istifadəyə verilməsi klubun azarkeşlərə daha yaxın olmaq, onlara keyfiyyətli xidmət göstərmək və "Qarabağ" brendinin inkişafını davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC