Elxan Səmədov Superliqanın baş katibi ilə Serbiyada görüşə bilər

PFL prezidenti Elxan Səmədov Superliqanın baş katibi Darko Ramovsla Serbiyada görüşə bilər

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Serbiya Superliqasının baş katibi Darko Ramovsla səfərdə görüşə bilər.

Presssport.az xəbər verir ki, bunu açıqlamasında PFL-In texniki-idman direktoru Elgiz Abbasov bildirib.

O, Darko Ramovsun Azərbaycana səfər çərçivəsində PFL-in qonağı olmasından və görüşün detallarından danışıb:

"Təbii ki, qonağın vəzifəsindən irəli gələrək əsas müzakirə predmeti yerli liqalar, təşkilatçılıq, struktur, azarkeş marağı, infrastruktur oldu. Diqqətçəkən məqamlardan biri Darko Ramovsun Serbiyadakı bəzi klubların sırf Avropaya futbolçu satışı sayəsində ayaqda qalmaları yönündə dedikləri idi. Ramovs Azərbaycan futbolu ilə bağlı da xoş sözlər dedi. "Qarabağ", "Sabah", "Zirə" kimi klubların beynəlxalq arenada çıxışının təsadüf olmadığını vurğulayan qonaq bu sayın artacağına əminlik ifadə etdi".

Qurum rəsmisi əlavə edib ki, görüş zamanı Serbiya Superliqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında əməkdaşlıq və perspektivlər müzakirə olunub: "Darko Ramovs Azərbaycan futboluna uğurlar arzuladı. Bu tip görüşlərin gələcəkdə Serbiyada da baş tuta biləcəyi vurğulandı".

Qeyd edək ki, Elxan Səmədov dörd gün öncə Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC