"Kəpəz" Peşəkar Futbol Klubu (PFK) İctimai Birliyinin İdarə Heyətinin yeni sədri Anar Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Presssport.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin bütün sahələrində olduğu kimi, idmanın inkişafını da daim diqqət mərkəzində saxladıqları vurğulanıb.
Qeyd edilib ki, məhz bu diqqət və qayğının sayəsində Gəncədə müasir futbol stadionu inşa olunub. Bu idman infrastrukturu gələcəkdə “Kəpəz”in ev oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
Bayramov Abdullayevi "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Abdullayev isə öz növbəsində şəhər rəhbərinə üzərində Bayramovun adı yazılmış klubun idman formasını hədiyyə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC