Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla İyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib. 

Presssport.az federasiyasın mətbuat xidmətibə istinadən xəbər verir ki, Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.
İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə mübarizə aparıb.
Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) yarışıb.

Qaliblər diplom və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC