Emin Ağalarov: "Neftçi" formasında olarkən heç vaxt uduzmuram"

Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov sosial şəbəkə hesabında "Neftçi" forması ilə videosunu paylaşıb.

Presssport.az xəbər verir ki, o, dostları ilə tennis oynayarkən, "ağ-qaralar"dan uğurlar gözlədiyini söyləyib: "Sea Breeze" və "Neftçi" – hər zaman birlikdə. "Neftçi" formasında olarkən heç vaxt uduzmuram. "Sea Breeze" "Neftçi"nin rəsmi tərəfdaşıdır.  "Neftçi"yə azarkeşlik edirik və izləyirik, yeni qələbələr gözləyirik. "Neftçi" formasında olarkən, hər zaman qalib gəlirəm".

Xatırladaq ki, "Neftçi" PFK və "Sea Breeze" arasında əməkdaşlıq yeni mövsümdə də yenilənərək qüvvədə qalıb. Bu tərəfdaşlıq çərçivəsində "Sea Breeze" ərazisində xüsusi "Neftçi Store" fəaliyyət göstərir. Eyni zamanda, klub və istirahət mərkəzi müxtəlif sosial layihələrdə birgə iştirak edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC