Azərbaycanın ən yaxşı futbolçusuna diaqnoz qoyuldu - qaraciyər serrozu

“Kəpəz”in və milli komandamızın sabiq futbolçusu Faiq Cabbarovun səhhətində ciddi problemlərin olması təsdiqlənib.

Presssport.az xəbər verir ki, 54 yaşlı veteran müdafiəçi bu gün Yeni Gəncədə yerləşən “West Medical Center”də tam müayinədən keçib. 

Müalicənin nəticəsində Cabbarovda qaraciyər serrozundən əziyyət çəkdiyi aşkarlanıb. Ümidverici hal budu ki, bu, ilkin mərhələdi və vaxtında müalicəylə tam sağalmaq mümkündü. Keçmiş futbolçunun ayağı şişib və bu, məhz həmin xəstəliklə bağlıdı. Onun müalicəsinə tezliklə başlanılmalıdı.

Cabbarov yenidən Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserinə yerləşdirilib və hələ ki orda dövlət hesabına müalicə olunacaq. Müalicəsi palata şəraitində davam etdirilən keçmiş futbolçunun vəziyyəti kafi qiymətləndirilir. Futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi çalışmış Cabbarov alkoqolizmdən əziyyət çəkir. 

Gəncənin bir qrup veteranları ona baş çəkib. Gəncə Futbol Veteranları İttifaqının sədr müavini Firuz Qulami "Facebook"da Cabbarovla növbəti görüşünün videosunu paylaşaraq, onun özəl klinikada müalicəsinin vacibliyinə toxunub. Millimizin sabiq üzvü isə indiyədək ona dəstək göstərənərə təşəkkürünü çatdırıb. Ona bir neçə veteran futbolçu maddi baxımdan kömək edib, “West Medical Center” isə müayinə xərclərində müəyyən güzəşt edib. 

Cabbarovun müalicəsinə maddi kömək olunmasıyla bağlı Futbol Veteranları İttifaqına rəsmi müraicət edilməsi planlaşdırılır. Bunu Qulaminin sərü müavini olduğu Gəncə Futbol Veteranları İctimai Birliyi edəcək. 

Xatırladaq ki, 1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilmiş Cabbarov millidə 21 oyun keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC