Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa 2-cisi olub.
Presssport.az Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini 2-ci keçərək gümüş medal qazanıb.
Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda ölkəni 2 idmançı təmsil edib.
Xatırladaq ki, Məmmədzadə və Paşayev Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC