Polşa Ekstraklasasında "Rakuv" səfərdə "Slaşk Vrotslav"ın qonağı olub və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.
Presssport.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emreli matça ilk 11-likdə başlayıb və 60-cı dəqiqədə J. Silvanın ötürməsini qola çevirərək komandasını önə keçirib.
Həmyerlimiz 73-cü dəqiqədə İ. Brusberq ilə əvəzlənərək meydanı tərk edib.
Lakin meydan sahibləri matçın sonlarına doğru 86-cı dəqiqədə L. Maryanats və 90-cı dəqiqədə P. Samiets-Taların qolları ilə geridönüş edərək qalib gəliblər.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC