"Qarabağ" mütləq məğlub edə biləcəyimiz və etməli olduğumuz rəqibdi" - Markeviç

"Konfrans Liqasındakı komandalar daha asandı. Amma ötən mövsümə nəzər salsaq, "Dinamo" bu turnirin qrup mərhələsinə vəsiqə qazansa da, 36 komanda arasında 27-ci yeri tutub. Bu barədə başqa heç nə deməyə ehtiyac yoxdu".

Presssport.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin sabiq baş məşqçisi Miron Markeviç öz ölkəsinə deyib.

65 yaşlı ukraynalı mütəxəssis Kiyev təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasından da danışaraq deyib ki, təmsilçimizi keçməyə borcldurlar: "Qarabağ" mütləq məğlub edə biləcəyimiz və etməli olduğumuz rəqibdi. Amma yenə də, bu cür oyunla bu matçda problemlər yarana bilər. Diqqətimizi cəmləməliyik. Bunu zaman göstərəcək. İndiyədək "Dinamo" ilə bağlı yalnız məyusluqlar olub".

Xatırladaq ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək. Cavab matçı ayın 13-də Bakıda reallaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC