ABŞ klubu Nəriman Axundzadənin müqaviləsindəki detalları açıqladı

ABŞ-ın “Kolumbus Kru” klubu millimizin də üzvü olan futbolçusu Nəriman Axundzadənin “Ərzurumspor”a keçidi ilə bağlı rəsmi açıqlama yayıb.

Presssport.az xəbər verir ki, açıqlamada 22 yaşlı hücumçunun Türkiyə Super Liqa təmsilçisinə icarəyə verildiyi göstərilib.

İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin Axundzadəni icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququ da var.

Bu yerdə bildirək ki, Ərzurum təmsilçisi bunadək açıqlama yayaraq Nərimanın tezliklə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacağını vurğulayıb  .

Xatırladaq ki, Nəriman "Kolumbus Kru”ya bu ilin qış transfer dövründə “Qarabağ”dan keçərək 3,5 illik - 2029-cu ilin iyununadək müqavilə imzalayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC