Zamiq qayıtdı və Avroliqa oyununa çıxdı

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” (Albaniya) Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Şemrok Rovers”un (İrlandiya) qonağı olub.

 

Presssport.az xəbər verir ki, qarşılaşmada İrlandiya klubu 3:1 hesabı ilə qalib gəlib.

 

Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə - bütün qollar vurulandan sonra əvəzlənib. 

 

Xatırladaq ki, Z.Əliyev hərbi xidmət məsələlərinə görə bir müddət idi Azərbaycanı tərk edə bilmirdi. 25 yaşlı müdafiəçi daha sonra bu problemi həll edərək gec də olsa, komandasına qoşula bilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC