"Qəbələdə məşq meydançalarının vəziyyəti çox yaxşıdı" - dünya çempionu və ÇL-in qalibi

Qəbələdə təlim-məşq toplanışında olan Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaraitiyat"ın tanınmış futbolçusu Presnel Kimpembe komandasının hazırlığını dəyərləndirib.

Presssport.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin keçmiş müdafiəçisi "Qəbələ" klubunun mətbuat xidmətinə açıqlama verib.

O, həm hazırlıq prosesindən, həm də Qəbələ ilə bağlı təəssüratlarını bölüşüb: "Hazırlıq yaxşı gedir. Təlim-məşq toplanışındayıq. Məşq meydançalarının vəziyyəti çox yaxşıdı. Daha əvvəl burda olmamışdım. Bu, Qəbələyə ilk səfərimdi. Bura gələnə qədər Qəbələ haqqında geniş məlumatım yox idi" .

30 yaşlı müdafiəçi Qəbələdə yaradılan şəraitdən razılığını da ifadə edib: "Burda hər yer bir-birinə yaxındı. Oteldən məşq meydançasına cəmi bir dəqiqəyə çatırıq. Bu da bizə rahat şəkildə hazırlıq keçməyə və bütün diqqətimizi məşqlərə yönəltməyə imkan verir. Meydançaların vəziyyəti də əladır. İnanıram ki, komandamla birlikdə burda yaxşı işlər görə bilərəm".

Fransa millisi ilə dünya çempionu, PSJ ilə Çempionlar Liqasının (ÇL) qalibi olan Kimpembe zədədən sonra yenidən yaşıl meydanlara qayıdacağına inandığını da qeyd edib: "Qayıda biləcəyimə inanmasaydım, futbolu davam etdirməzdim. Özümə, komandama və məşqçilər heyətinə güvənirəm. Hər kəs mənə dəstək olmağa çalışır. Mən də bu etimadın qarşılığını meydanda ən yaxşı şəkildə verməyə çalışıram".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC