Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar gündü.
Presssport.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin, məşqçi kimi bütün titullarını qazandığı Ağdam klubunda rəsmi debüt etdiyi gündü.
Bu, 18 il əvvəl - 2008-ci ilin avqustun 9-da Premyer Liqanın ilk turuna təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçda “Bakılı”nın qonağı olan Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanıb.
Qonaq komandanın makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri oyunun 24-cü dəqiqəsində hesabı açıb. Meydan sahiblərinin gürcü hücumçusu David Kokaşvili 63-cü dəqiqədə penaltidən tarazlığı bərpa edib. “Köhlən atlar"ın qələbə topuna 81-ci dəqiqədə nigeriyalı forvardı Viktor İqbekoyi imza atıb.
Onu da bildirək ki, Qurbanov indiyədək “Qarabağ”ı ümumilikdə 836 matça çıxarıb. Bunların 484-də qələbə, 192-də heç-heçə, 160-da məğlubiyyət qeydə alınıb. Topların fərqi 686-1637-di.
Qurban Qurbanovlu “Qarabağ”ın 17 titulu var - 11 Azərbaycan çempionu, 6 Azərbaycan Kuboku. Bundan əlavə, Premyer Liqamızda 5 dəfə gümüş, 4 dəfə bürünc medal qazanılıb.
Qurban Qurbanovlu “Qarabağ” 2014-cü ildən bu yana daimi avrokubokların qrup mərhələsinin iştirakçısıdı və uğurlu seriya artıq 12 mövsümdü davam edir. Bu müddətdə hər 3 turnirin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrupunda iştirak, hətta ordan yola davam edərək pley-off mərhələsinədək irəliləmək də mümkün olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC