UEFA nümayəndəsi kimi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində dünən keçirilən “Eqnatiya” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olan Asim Xudiyev birincilərin heyətində çıxış edən millimizin futbolçusu Zamiq Əliyevlə görüşüb.
Presssport.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin üzvü bu haqda “Facebook”dakı şəxsi hesabında paylaşım edib.
Xudiyev Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionundakı görüşlə bağlı maraqlı məqamlara toxunub: “Görüşümüz ev sahiblərinin rəsmi numayəndəsinin təşəbbüsü ilə oldu (mənə bildirdi ki, sizin ölkədən oyuncunuz bizdə cıxış edir). Fikrimcə, Zamiq ilə tanışlığımız olmadığına görə əvvəlcə məni tanımadı, amma oyundan sonra onda haqqımda məlumat olduğunu mənə söylədi. Zamiq ilk ”11-lik"də yox idi ,amma 2-ci hissədə oyuna daxil olaraq cox yaxşı müdafiəçi olduğunu sübüt etdi. Oyundan sonra onu qələbə münasibəti ilə təbrik, yeni uğurlar arzu etdim və o, mənə rəsmi oyun geyimini hədiyyə kimi verdi. Məndə olan məlumata görə, klub rəhbərliyi bizim oyuncudan cox razıdı".
Xatırladaq ki, Albaniya təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzduğu rəqibinə bu dəfə 5:1 hesabı ilə qalib gələrək (iki oyunun nəticəsinə görə 6:4) pley-off mərhələsinə yüksəlib. Onlar bununla Konfans Liqasında Liqa mərhələsini təmin edib. “Eqnatiya” pley-off mərhələsində Norveçin “Lillestrem” klubu ilə qarşılaşacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC