Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində 1/4 finala vəsiqə qazanıb.

 

Presssport.az-ın məlumatına görə, paytaxt təmsilçisi B qrupunda İspaniyanın "Arrasate Ointxe" klubunu (12:10) və Çinin "Yanjinq" kollektivini (21:13) məğlub edib.

 

Azərbaycan millisi isə Ukrayna (5:14) və Misir (7:21) yığmalarına uduzaraq mübarizəni dayandırıb.

 

Xatırladaq ki, 16 komandanın mübarizə apardığı turnirdə 1/4, yarımfinal və final matçları avqustun 16-da olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC