Ronaldo Corcinadan boşansa - Hər ay 100 min təzminat ödəyəcək

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Corcina Rodrigesdən boşanacağı təqdirdə ona hər ay 100 min avro ödəyəcək.

 

Presssport.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb. Cütlüyün bağladığı nikah müqaviləsində belə bir bənd nəzərdə tutulub. Razılaşmaya əsasən, ödəniş Corcinaya ömürlük veriləcək.

 

Mənbənin məlumatına görə, münasibətlərə son qoyulacağı halda Corcina həmçinin Madridin nüfuzlu La Finka yaşayış kompleksində yerləşən, dəyəri bir neçə milyon avro olan malikanənin mülkiyyət hüququnu əldə edəcək.

 

Bildirilib ki, Ronaldonun və Corcinanın nikah müqaviləsi bağlamaqda əsas məqsədi mümkün boşanma zamanı uşaqlarının rifahını təmin etməkdir. Cütlük bununla uşaqların psixoloji vəziyyətinə və şəxsi həyatlarının toxunulmazlığına təsir edə biləcək uzunmüddətli hüquqi mübahisələrdən yayınmaq istəyir.

 

Razılaşmada Corcina yalnız maddi təminat alan tərəf kimi deyil, həm də ailə həyatına mühüm töhfə verən tərəfdaş kimi göstərilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC