“Araz-Naxçıvan” - “İmişli” matçında heç-heçə

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir. 

 

Presssport.az xəbər verir ki, bu günə nəzərdə tutulan iki matçdan biri artıq başa çatıb.

 

Əvvəlcə “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Mat qolsuz bərabərliklə başa çatıb. Bu, Cavid Hüseynovun Naxçıvan klubunun baş məşqçisi kimi debüt oyunu olub. Eyni zamanda daha əvvəl “İmişli”ni I Liqada çalışdırmış Fərid Namazov da baş məşqçi kimi Premyer Liqada debüt edib.  

 

Günün digər matçında isə son çempion “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkəcək. 

 

Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC