Nuriyev fərqləndi, komandası uduzdu

Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir.

 

Presssport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 57-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vuraraq fərqlənib.

 

15 avqust

 

"Nyiregyhaza" - "Kişvarda" - 2:1

 

Qollar: J.Batoum, 45, M.Kvasina, 90+1 - A.Nuriyev, 82

 

Qeyd edək ki, bu nəticədən sonra "Kişvarda" 4 xalla 8-ci pillədə yer alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC